CƏMİYYƏT


Salyanda nar bağında fitosanitar monitorinqlər aparılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Salyan regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yerləşən nar bağında fitosanitar monitorinq aparılıb.

Kənddə 40 hektara yaxın əkin sahəsi olan nar bağında aparılan monitorinqlər zamanı aqrokimyəvi maddələrin saxlanması, daşınması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara müvafiq tövsiyələr verilib.

Monitorinq zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb, fitosanitar mübarizə tədbirləri barədə maarifləndirici məlumatlar çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.