REGİONLAR


Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar

Salyan, 15 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər ifşa olunaraq məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraçala qəsəbə sakini Asim Tağıyev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 10 qrama yaxın qurudulmuş marixuana, yaşadığı evin həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən həmin qəsəbə sakini Bəhruz Musayev də saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.