REGİONLAR


Salyanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Salyan, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan rayonu ərazisində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Aqil Sadıqovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən A.Sadıqovun psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.