REGİONLAR


Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Salyan, 4 dekabr, Mahir Babayev, AZƏRTAC 

Salyanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Ələt-Astara magistral avtomobil yolunun 67-ci kilometrliyində qeydə alınıb. Lerik rayon sakini Pərviz Alim oğlu Quliyev idarə etdiyi “Nissan” markalı nəqliyyat vasitəsini qarşıdan gələn yük avtomobilinə çırpıb.

Qəza nəticəsində 1963-cü il təvəllüdlü Adil Həmid oğlu Diniyev hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan P.Quliyev və digər üç sərnişin Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.