REGİONLAR


Salyanda payızlıq səpinləri üçün 13 min hektardan çox sahədə şum aparılıb

Salyan, 5 sentyabr, Mahir Babayev, AZƏRTAC

Salyanda cari ilin məhsulu üçün 40 min hektar sahədə payızlıq taxıl səpini planlaşdırılır. Fermerlər indiyədək 13 min 515 hektar sahədə yay şumu aparıblar ki, bu da ümumi taxıl əkiləcək sahənin 80,7 faizini təşkil edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 63 min 507,6 ton məhsul götürən əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün işə məhsuldarlığın yüksəldilməsində əsas tədbirlərdən biri olan yay şumunun qaldırılması ilə başlayıb və qısa müddətdə səpin aparılacaq sahənin yarıdan çoxunda şum qaldırılıb.

Payızlıq səpinlərini vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün rayonda, həmçinin mövcud olan səpin aqreqatları və digər maşın mexanizmlər təmir olunaraq məhsul istehsalçılarının ixtiyarına verilib, kifayət qədər toxum tədarük olunaraq səpinə hazırlanıb, müxtəlif növ gübrələr alınaraq gətirilib.

Qeyd edək ki, ötən il Salyanlı taxılçılar hər hektar taxıl sahəsindən ümumilikdə 38 sentner məhsul götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.