CƏMİYYƏT


Salyanda pediatrlar üçün səyyar kurs təşkil olunub

Bakı, 30 oktyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası Salyan Rayon Mərkəzi Xəstəxanasında pediatrlar üçün “Təxirəsalınmaz pediatriya” mövzusunda səyyar kurs təşkil edib. Kursda Salyan və Neftçalada fəaliyyət göstərən sahə pediatrları, neonatoloqlar, kənd tibb məntəqələrinin ailə həkimləri iştirak ediblər.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun əsas məqsədi uşaqlarda təxirəsalınmaz vəziyyətlərdə yardımın təşkil prinsipləri, diaqnostika və tibbi yardımın həyata keçirilməsi məsələləri ilə həkimlərin bilik və bacarıqlarını artırmaqdan ibarət olub. Bununla yanaşı müdavimlərə təxirəsalınmaz vəziyyətlərin qarşısının alınması barədə məlumatlar da təqdim edilib.

Kursun mühazirə və praktik məşğələlərini Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının əməkdaşları - professor Aslan Həsənov, dosentlər Mətanət Qaraxanova, Fəxrəddin Qarayev və Sənubər Vəliyeva aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.