CƏMİYYƏT


Salyanda peşə və ixtisas seçimi ilə əlaqədar dəyirmi masa keçirilib

Bakı, 7 fevral, AZƏRTAC

Salyan rayon 2 nömrəli tam orta məktəbin kitabxanasında yeniyetmə və gənclərin peşəyönümlü işinin gücləndirilməsi məqsədi ilə onların əmək bazarlarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan tədbirdə idarənin rəis müavini dəyirmi masanın əhəmiyyətindən söz açıb.

Deyib ki, peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir.

“Düzgün peşə seçmiş insanın yaradıcılığa meyili güclənir və öz peşəsinin mütəxəssisinə çevrilir. Gənclərə peşə seçimi ilə bağlı istiqamət vermək, yollar göstərmək, nümunələr təqdim etmək, onları əmək bazarlarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırmaq günümüzün aktual mövzularındandır”, - deyə A. Qasımov bildirib.

Salyan rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Ramil Əzizov qeyd edib ki, peşə və ixtisas insanın öz həyatını davam etdirməsi, həyatda yerini tuta bilməsi, ailəsini maddi və mənəvi cəhətdən təmin edə bilməsi, habelə arzu və istəklərini reallaşdırması və cəmiyyət daxilində özünü ifadə edə bilməsi üçün zəruri bir vasitədir.

Salyan Peşə Liseyinin ixtisas fənn müəllimi Məmmədəli Nəcəfov vurğulayıb ki, hər bir peşə və ixtisasın özünəməxsus əmək sahələri, bu sahələrin də hər birinin özünəməxsus fəaliyyət növləri, əməyin məzmunu və xarakteri var. Gənclərin peşə və ixtisaslarını düzgün seçmələri istiqamətində ailənin və müəllimlərin üzərinə ağır öhdəliklər düşür.

Tədbir, iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.