CƏMİYYƏT


Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində yolu keçən kənd sakini M.Kərimova naməlum avtomobillə vurulub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək qaçan “VAZ-2106” markalı avtomobilin sürücüsü Seydan kənd sakini H.Fətəliyev Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.