REGİONLAR


Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Salyan, 27 iyun, Mahir Babayev, AZƏRTAC

Salyanda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə Salyanın Qaraçala kəndində qeydə alınıb.

Rayonun Qızılağac kənd sakini Fərid Şahmalıyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən Qaraçala kənd sakini Kamal Əhmədovu vurub. Nəticədə piyada ağır bədən xəsarəti alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.