REGİONLAR


Salyanda sahələrdən 37 min tondan çox tərəvəz yığılıb

Salyan, 12 noyabr, Mahir Babayev, AZƏRTAC

Salyanlı məhsul istehsalçıları erkən yazda əkdikləri 1385,4 hektar tərəvəz sahəsindən bu günədək 37 min tondan çox məhsul toplayıblar.

Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, torpaq mülkiyyətçilərinin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul olub. Xeyli vaxtdır ki, əkinçilər yetişdirdikləri məhsulun yığımını aparırlar.

Əkilmiş tərəvəz sahələrindən indiyədək 37 min 630,1 ton məhsul yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1770,1 ton çoxdur. Hər hektarın məhsuldarlığı 271,6 sentnerə çatır.

Tədarük olunan məhsulun 2 min 462 tonunu bibər, 811,3 tonunu badımcan, 684,5 tonunu kələm, 5 min 710 tonunu xiyar, 26 min 914,2 tonunu pomidor, 152,2 tonunu sarımsaq, 590 tonunu soğan, 299,1 tonunu isə digər tərəvəzlər təşkil edir.

Qeyd edək ki, tədarük olunan xiyarın 775,5 tonu, pomidorun isə 17 min 870,2 tonu rayonda mövcud olan 453 istixana kompleksində yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.