REGİONLAR


Salyanda sənaye üzrə ümumi məhsul istehsalının 45,6 faizi mədənçıxarmanın payına düşür

Salyan, 23 may, Aydın Yavərzadə, AZƏRTAC

2022-ci ilin birinci rübündə Salyan rayonunda qeydiyyatdan keçmiş 21 sənaye müəssisəsindən 17-si, yəni 80,9 faizi, 16 fiziki şəxsdən 12-si, yəni 75,0 faizi fəaliyyət göstərib.

Salyan rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hesabat dövründə rayonun sənaye müəssisələrində (hüquqi şəxslər, fiziki şəxslər və ev təsərrüfatları daxil olmaqla) məhsul istehsalının və xidmətlərin həcmi 23 milyon 698,8 min manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi 97,2 faiz olub. Ümumi məhsulun 25,7 faizi dövlət sektorunda, 74,3 faizi isə qeyri-dövlət sektorunda istehsal edilib.

Üç ayda ümumi məhsul istehsalının 45,6 faizi mədənçıxarma sənayesinin, 31,6 faizi emal sənayesinin, 21,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sənayesinin, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinin payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.