REGİONLAR


Salyanda sənaye üzrə ümumi məhsul istehsalının 51,6 faizi mədənçıxarmanın payına düşüb

Salyan, 11 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda 2022-ci ilin yanvar-iyun aylarında qeydiyyatdan keçmiş 22 sənaye müəssisəsindən 19-u, yəni 86,4 faizi, 16 fiziki şəxsdən 12-si, yəni 75 faizi fəaliyyət göstərib.

Salyan rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin altı ayında sənaye müəssisələrində (hüquqi şəxslər, fiziki şəxslər və ev təsərrüfatları daxil olmaqla) məhsul istehsalının və göstərilən xidmətlərin həcmi 41 milyon 782,9 min manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi 89,3 faiz olub. Ümumi məhsulun 23,1 faizi dövlət sektorunda, 76,9 faizi isə qeyri-dövlət sektorunda istehsal edilib. Ümumi məhsul istehsalının 51,6 faizi mədənçıxarma sənayesinin, 29,1 faizi emal sənayesinin, 18,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.