REGİONLAR
Salyanda sərnişin daşınmasında 44,5 faiz artım qeydə alınıb
Salyan, 17 may, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda nəqliyyat təşkilatları 2022-ci ilin I rübündə 1181,3 min manat dəyərində xidmətlər göstərib. Bu da keçən ilin müvafiq dövründən 10 dəfə, yəni 1063,6 min manat çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, nəqliyyat vasitələri ilə 5 milyon 695 min sərnişin, 287 min ton yük daşınıb. Sərnişin daşınması 18 faiz (870 min sərnişin), yük daşınması isə 8,3 faiz (22,0 min ton) artıb. Nəqliyyat vasitələri ilə sərnişin daşınmasından 955,6 min manat, yük daşınmasından 268,5 min manat gəlir əldə olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınmasında 44,5 faiz (294,4 min manat), yük daşınmasında isə 4,4 faiz (11,3 min manat) artım qeydə alınıb.
2022-ci ilin birinci rübündə rabitə xidmətlərinin həcmi isə 221,4 min manat olub.