REGİONLAR


Salyanda silosluq qarğıdalı biçininə başlanılıb

Salyan, 25 sentyabr, Mahir Babayev, AZƏRTAC

Son illərdə Salyanda ət və süd istehsalı nəzərəçarpacaq dərəcədə artıb. Məhsuldarlığın artmasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə yanaşı, etibarlı yem bazasının yaradılması da mühüm əhəmiyyət kəsb edir. İndi mal-qaranın yem rasionunda quru ot, küləş, yonca ilə yanaşı, silosluq qarğıdalıdan hazırlanan senaj da mühüm rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari təsərrüfat ilində rayonda 660 hektar sahədə qarğıdalı əkilib. Bunun da 460 hektarı dənlik, 200 hektarı isə silosluq qarğıdalıdır. Dən üçün nəzərdə tutulan qarğıdalı sahəsinin 360 hektarından 1901 ton məhsul yığılıb.

Bir neçə gündür ki, rayonda silosluq qarğıdalı biçininə start verilib. Xüsusi kombaynlarla biçilən qarğıdalı heyvandarlıq komplekslərinə daşınır. Rayon sakini, fermer İsmayıl Əhmədov bir neçə ildir ki, silosluq qarğıdalı əkini ilə məşğul olur. Onun dediyinə görə, bu il məhsul boldur. Hər hektardan 40 tona yaxın silosluq qarğıdalı gözlənilir. Bu isə mal-qara üçün möhkəm yem bazası deməkdir.

Senaj şirəli yem olduğuna görə, iribuynuzlu heyvanların diri çəkisinə, eləcə də südün yağlılığına müsbət təsir göstərir. Silosluq qarğıdalının satılmasında da elə bir problem yoxdur. Fermerlər müqavilə əsasında silosluq qarğıdalının hər tonunu 35-40 manata heyvandarlıq kompleksinə satırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.