REGİONLAR


Salyanda şum işləri başa çatmaq üzrədir VİDEO

Salyan, 20 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Salyanda payızlıq şum işləri yekunlaşmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, taxılçılıq rayonda əsas təsərrüfat sahələrindən biridir. Ötən il zəmilərdən bol məhsul götürən taxılçılar növbəti təsərrüfat ilində də yüksək nəticələr əldə etmək üçün payızlıq şum işlərini optimal vaxtda bitirməyə çalışırlar.

Fermer Səmədağa Quliyevin 5 hektar əkin sahəsi var. Yay mövsümündən şum işlərini görüb. “Məhsuldarlığın yaxşı olması üçün, ikinci şum aparmağa hazırlaşıram. Lazım olarsa, yenə gübrə verəcəyik. Yaxşı toxumlar gəlib, ondan əkək ki, yaxşı da məhsul götürək”, - deyə o bildirib.

Rayonda şum işləri tam bitəndən sonra fermerlər gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpininə başlayacaqlar. Bunun üçün səpində iştirak edəcək müxtəlif təyinatlı traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Torpaq mülkiyyətçiləri payız səpinini noyabrın ortalarınadək başa çatdırmağı planlaşdırırlar.

Fermer Əyyub Zeynalovun da 5 hektar əkin sahəsi var. O da artıq şum işlərini başa çatdırıb və əkinə hazırlaşır: “Çətinliyimiz yoxdur. Dövlət tərəfindən dəstək göstərilir. Fermerlərə məsləhətim budur ki, torpağı iki dəfə şumlasınlar, onda bol məhsul yetişir”.

Qeyd edək ki, Salyanda bu il 15000 hektar sahədə payızlıq əkin proqnozlaşdırılır. Hazırda 14852 hektar sahədə şum qaldırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.