REGİONLAR
Salyanda taxıl sahələrinin 75,5 faizinin məhsulu yığılıb
Salyan, 20 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanda taxıl biçini sürətlə davam edir. Fermerlər məhsul yığımını tezliklə başa çatdırmaq üçün bütün imkanlardan yararlanır. İşin səmərəli təşkili nəticəsində artıq taxıl sahələrinin 75,5 faizinin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, salyanlı taxılçılar ötən il əkdikləri 16 min 754 hektar taxıl sahəsinin 12 min 205 hektarında biçini başa çatdırıblar. Zəmilərdən bu günə kimi 45 min 336 ton məhsul yığılıb ki, bunun da 33 min 992 tonu arpa, 11 min 344 tonu buğdadır. Arpa sahəsinin hər hektarından 36,2, buğda sahəsindən isə 40,3 sentner məhsul götürülür.
Biçin aparılmış sahələrin hər hektarının məhsuldarlığı ötən ilin eyni dövründəkindən ümumilikdə 5 sentner çoxdur.
Rayonda taxıl biçini yaxın günlərdə yekunlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]