REGİONLAR


Salyanda taxıl sahələrinin 85 faizinin məhsulu yığılıb

Salyan, 22 iyun, Mahir Babayev, AZƏRTAC

Salyanda taxıl biçini sürətlə davam edir. Fermerlər məhsul yığımını tezliklə başa çatdırmaq üçün bütün imkanlardan yararlanırlar. İşin səmərəli təşkili nəticəsində artıq taxıl sahələrinin 84,6 faizinin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bilidiriblər ki, salyanlı taxılçılar ötən ilin payızında əkdikləri 16 min 802 hektar taxıl sahəsinin 14 min 209 hektarında biçini başa çatdırıblar. Zəmilərdən bu günə kimi 53 min 154 ton məhsul yığılıb ki, bunun da 40 min 307,9 tonu arpa, 12 min 846,7 tonu buğdadır.

Qeyd edək ki, hazırda Salyanın taxıl sahələrində 39 kombayn işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.