REGİONLAR
Salyanda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb olunublar
Salyan, 10 iyun, Mahir Babayev, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri yol-nəqliyyat hadisəsi zamanı sürücünün sağlamlığının qorunmasında böyük rol oynayır və hər bir sürücü sağlamlığına biganə qalmayaraq mütləq qaydada təhlükəsizlik kəmərindən istifadə etməlidir. Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]