REGİONLAR
Salyanda tərəvəz sahələrində 28 min tondan çox məhsul yığılıb
Salyan, 11 sentyabr, Mahir Babayev, AZƏRTAC
Salyanda tərəvəz yığımı başa çatıb.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu mövsüm salyanlı fermerlər 1447,7 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox - 28 min 25,2 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 193,6 sentner olub.
Tədarük olunan məhsulun 10,1 tonunu yaşıl lobya, 297 tonunu kələm, 2023,4 tonunu bibər, 4 min 679 tonunu xiyar, 19 min 932 tonunu pomidor, 477,3 tonunu badımcan, 425 tonunu sarımsaq, 255 tonunu soğan, 333,6 tonunu isə sair tərəvəz təşkil edir.
Qeyd edək ki, tədarük olunan xiyarın 864,5 tonu, pomidorun isə 14382 tonu rayonda mövcud olan 473 istixana kompleksindən yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]