REGİONLAR
Salyanda tərəvəz sahələrindən 26 min tondan çox məhsul yığılıb
Salyan, 14 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda tərəvəz bitkilərinin yığımı davam edir.
Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr var. Fermerlər dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən yararlanaraq bol məhsul tədarük ediblər.
Salyan Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin məhsulu üçün əkilən 1404,2 hektar tərəvəz sahəsindən 26010 ton məhsul toplanılıb. Ayrı-ayrılıqda tərəvəz bitkilərinin məhsulu üzrə yaşıl lobya 22,2 ton, xiyar 4986,1 ton, pomidor 17698,2 ton, baş sarımsaq 111,4 ton, baş soğan 383,5 ton, kələm 265,3 ton, bibər 1380,7 ton, badımcan 585,2 ton, 577,4 ton isə və s. tərəvəzlər təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]