CƏMİYYƏT


Salyanda toy üçün müəyyən edilmiş qaydaları pozan şəxs saxlanılıb

Bakı, 20 iyul, AZƏRTAC

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Elşad Ələkbərovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 100 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən beş nəfər şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.