REGİONLAR


Salyanda üzüm bağlarından ötən ildəkindən 2,5 dəfə çox məhsul yığılıb

Salyan, 7 noyabr, Mahir Babayev, AZƏRTAC

Salyanda üzüm yığımı başa çatıb. Fermerlər cari mövsümdə üzüm bağlarından ötən ildəkindən 2,5 dəfə çox məhsul toplayıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, salyanlı bağbanlar rayonda mövcud olan 932,9 hektar üzüm bağından 4 min 540 ton məhsul tədarük ediblər. Yığılan məhsulun 75-80 faizi süfrə üzümü olub.

Ötən ilə nisbətən bu il bağlarda bol məhsul yetişdirildiyindən üzümün qiyməti də xeyli ucuz olub. Bağbanlar yerində üzümün 1 kiloqramını 80-90 qəpiyə təklif ediblər.

Qeyd edək ki, salyanlı bağbanlar ötən il üzüm sahələrindən 1945 ton məhsul yığıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.