REGİONLAR


Salyanda üzüm yığımına başlanılıb

Salyan, 24 avqust, Mahir Babayev, AZƏRTAC

Salyanda kütləvi üzüm yığımına start verilib. Bu il təsərrüfat işləri üçün əlverişli keçdiyindən bağlarda bol məhsul yetişib.

AZƏRTAC xəbər verir ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1186 hektar üzüm bağı mövcuddur ki, bunun da 954 hektarı barverəndir. Bağlarda ilk olaraq daha tez yetişən sürfə üzümünün yığımı aparılır. Qısa müddətdə plantasiyalardan 80 tondan çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı xarici bazarlara da göndərilir. Təsərrüfat sahiblərinin sözlərinə görə, bu il məhsuldarlıq ötən illə müqayisədə 20-25 faiz çox olacaq.

Onu da qeyd edək ki, rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından “Prima”, “Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə uyğunlaşdırılır. Salyanlı fermerlər bu gəlirli sahəni daha da inkişaf etdirmək üçün bütün imkanları səfərbərliyə alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.