REGİONLAR


Salyanda xidmətdə fərqlənən prokurorluq işçiləri mükafatlandırılıblar

Salyan, 1 oktyabr, Mahir Babayev, AZƏRTAC

Oktyabrın 1-də Salyandakı Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib, onlara dövlətimizin cinayətkar qəsdlərdən qorunması istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Salyan rayon prokuroru, baş ədliyyə müşaviri Firdovsi Nemətov bundan sonra da ölkədə qanunçuluğun, ictimai-siyasi asayişin qorunmasında əzmlə çalışacaqlarını diqqətə çatdırıb.

Çıxış edənlər Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində prokurorluqda şəffaf bir sistemin yaradıldığını və maddi-texniki bazasının dünya standartları səviyyəsinə çatdırıldığını vurğulayıblar.

Tədbirin sonunda xidmətdə fərqlənən prokurorluq işçilərinin bir qurupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.