CƏMİYYƏT


Salyanda “xınayaxdı” mərasimi keçirən şəxslər cərimələniblər

Bakı, 16 fevral, AZƏRTAC

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərinin pozulduğunu və çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasiminin təşkil edildiyini müəyyənləşdiriblər. Polis əməkdaşları məclisin keçirilməsinin qarşısını dərhal alıblar.

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunub. Onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.