REGİONLAR


Salyanda yarım ildə 465 tondan çox ət istehsal olunub

Salyan, 12 iyul, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 63 min 383 baş iribuynuzlu mal-qara, 186 min 736 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298 baş çoxdur. Naxırda ana inək və camışların baş sayı 33 min 265 baş təşkil edir.

Cari ilin 6 ayında rayonun heyvandarlıq təsərrüfatlarında 465 tondan çox ət (diri çəkidə), 24 min 576 ton süd, 347,6 ton yun, 17 milyon 301 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 24,6 ton, süddən 41,8 ton, yundan 100 kiloqram, yumurtadan isə 5 min 66 ədəd çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.