REGİONLAR


Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Salyan, 9 may, Mahir Babayev, AZƏRTAC 

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Jiquli” markalı avtomobil mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri Allahverdiyeva Səkinə Abas qızı, Məmmədov Elçin Quzu oğlu, Məmmədov Habil Bəhrəm oğlu və İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.