REGİONLAR


Salyanda yol qəzası olub, ata və oğlu xəsarət alıb

Salyan, 15 aprel, Mahir Babayev, AZƏRTAC

Salyanda baş verən yol qəzası nəticəsində ata və oğul xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şorsulu kəndinin ərazisində qeydə alınıb.

Bakının Qaradağ rayon sakini İlhami Quliyev idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən, naməlum səbəbdən idarəetməni itirib və maşın maneəyə çırpılıb. Nəticədə sürücü və onun oğlu Elşən Quliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.