REGİONLAR
Salyanda zəmilərdən 65 min 150 ton məhsul tədarük edilib
Salyan,7 iyul, Mahir Bababayev, AZƏRTAC
Salyanın taxıl sahələrində məhsul yığımı başa çatıb. Biçinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 16 min 802 hektar sahədə biçin aparıb və 65 min 150 ton məhsul tədarük ediblər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında rayonda cari ilin məhsulu üçün 16 min 802 hektar sahədə taxıl əkilib. Bunun da 11 min 246 hektarını arpa, 5 min 556 hektarını isə buğda sahəsi təşkil edib. Məhsul yığımına vaxtında başlayan əkinçilər taxıl sahəsindən 65 min 150 ton məhsul toplayaraq biçini başa çatdırıblar. Yığılmış məhsulun 24 min 103 tonu buğda, 41 min 47 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan ümumilikdə 40sentner məhsul götürülüb ki, bu da ötən ildəkindən 2 sentner çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]