REGİONLAR


Salyandakı Sort-Sınaq Məntəqəsində 11 hektar sahədə toxumluq taxıl əkilib

Salyan, 8 yanvar, Mahir Babayev, AZƏRTAC

Salyanın Kürqaraqaşlı kəndində fəaliyyət göstərən Dövlət Sort-Sınaq Məntəqəsinin əkin sahəsinin 11 hektarında sınaq məqsədilə 35 növ toxumluq taxıl sortu əkilib.

AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, əkilmiş sahənin 5 hektarını buğda, 6 hektarını isə arpa təşkil edir.

Dövlət Sort-Sınaq Məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, əkin zamanı daha çox rayonlaşdırılmış “Qarabağ-33”, “Cəlilabad-19”, “Fatimə”, “Xəzri”, “Gilavar”, “Leyla” və “Nuranə” kimi yerli sortlara üstünlük verilir. Bununla yanaşı, sınaqdan çıxarmaq üçün bu il xaricdən əlavə olaraq daha 5 sort taxıl gətirilərək əkilib.

Qeyd edək ki, rayonlaşdırılmış toxumların məhsuldarlığı 50-60 sentner arasında olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.