REGİONLAR


Salyanın Babazanlı yaşayış massivində 60 yerlik uşaq bağçası tikilib

Salyan, 15 fevral, Mahir Babayev, AZƏRTAC

Salyan şəhərinin Babazanlı yaşayış massivində 60 yerlik uşaq bağçası-körpələr evinin inşası başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq binanın dam örtüyü vurulub, qapı və pəncərələr quraşdırılıb, elektrik, su kanalizasiya xətləri çəkilib, divarlar rənglənib, kafel-metlax işləri görülüb. Bağçada su anbarı tikilib, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istilik sistemi quraşdırılıb. Məktəbəqədər müəssisədə yataq, oyun, tədris, tibb, mətbəx və digər yardımçı otaqlar var. Hazırda həyətdə abadlıq işləri aparılır, yaşıllıq salınır. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular tikilir, otaqlarda yeni inventar və texniki vasitələr quraşdırılır.

Uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.