REGİONLAR


Salyanın Qarabağlı kəndində 100 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir

Salyan, 4 fevral, Mahir Babayev, AZƏRTAC

Salyanın Qarabağlı kəndində 100 yerlik ikimərtəbəli uşaq bağçası-körpələr evinin inşası başa çatmaq üzrədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq binanın dam örtüyü vurulub, qapı və pəncərələr quraşdırılıb. Hazırda binanın daxilində elektrik, su-kanalizasiya xətləri çəkilir, divarlar rənglənir, kafel-metlax işləri görülür. Bağçada su anbarı tikilib, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istilik sistemi quraşdırılıb. Məktəbəqədər müəssisədə yataq, oyun, tədris otaqları, mətbəx və digər yardımçı otaqlar olacaq. Bağçanın həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular quraşdırılacaq. Müəssisə yeni inventar və texniki vasitələrlə təmin olunacaq.

Uşaq bağçasının bu ilin mart ayının sonlarında istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.