REGİONLAR


Salyanın Qarabağlı kəndində tikilən uşaq bağçasının inşası başa çatıb

Salyan, 3 iyun, Mahir Babayev, AZƏRTAC

Salyanın Qarabağlı kəndində tikilən 100 yerlik uşaq bağçası-körpələr evinin inşası tam başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 1388.8 kvadratmetr olan ikimərtəbəli məktəbəqədər tədris müəssisəsinin tikintisinə 2018-ci ildə başlanılıb. Artıq binanın dam örtüyü vurulub, qapı və pəncərələr quraşdırılıb, daxilində elektrik, su kanalizasiya xətləri çəkilib, divarlar rənglənib, kafel-metlax işləri görülüb. Bağçanın ərazisində su anbarı tikilib, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istilik sistemi quraşdırılıb.

Məktəbəqədər müəssisədə yataq, oyun, tədris, tibb, mətbəx və digər yardımçı otaqlar var. Bağçanın həyətində abadlıq işləri aparılıb, tamet döşənib, yaşıllıqlar salınıb. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular tikilib, otaqlarda yeni inventar və texniki vasitələr quraşdırılıb. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi böyümələri üçün hər cür şərait yaradılıb.

Uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.