REGİONLAR


Salyanın Sarvan kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır

Hazırda təhsil ocağında son tamamlanma işləri görülür, ərazi abadlaşdırılır, futbol və voleybol meydançaları tikilir

Salyan, 16 yanvar, Mahir Babayev, AZƏRTAC

Təhsil Nazirli tərəfindən Salyanın Sarvan kənd tam orta məktəbində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1960-cı ildə tikilib istifadəyə verilən və 1974-cü ildə əlavə sinif otaqları ilə yeniləşdirilən təhsil ocağında 44 il ərzində bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq ötən ilin əvvəllərində məktəbdə əsaslı təmir işlərinə başlanılıb.

Məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı-pəncərələri və döşəməsi yenilənib, isitmə sistemi qurulub, sinif otaqları, fənn kabinetləri, kitabxana, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar demək olar ki, yenidən tikilib. Hazırda təhsil ocağında son tamamlanma işləri görülür, ərazi abadlaşdırılır, futbol və voleybol meydançaları tikilir. Yaxın günlərdə məktəbdə inventar və avadanlıqların quraşdırılmasına başlanılacaq. Bu işlər başa çatdıqdan sonra məktəb binası tam yeniləşmiş vəziyyətdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.