REGİONLAR


Salyanın bostan sahələrindən 15 min tondan çox məhsul yığılıb

Salyan, 13 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan bostançılıqda bu il uğurlu nəticələr əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı o, cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər bol məhsul tədarük edib və yığım davam edir.

Salyan Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda 2022-ci ilin məhsulu üçün əkilən 991,0 hektar bostan sahəsinin 983 hektarından 15514,4 ton məhsul toplanılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 786,8 ton və ya 5,3 faiz çox olub. Ayrı-ayrılıqda 655 hektar sahədən 10725,6 ton qarpız, 328 hektar sahədən 4788,8 ton yemiş tədarük olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.