REGİONLAR


Salyanın daha bir kəndi qazlaşdırılıb

Salyan, 30 oktyabr, Mahir Babayev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq Salyanın Düzənlik kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun 51 yaşayış məntəqəsindən 44-də təbii qazdan istifadə olunur. Düzənlik kəndi rayonun “mavi yanacaq” la təmin olunan 45-ci kəndidir. 151 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19737 metr olan metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açıb, kəndə təbii qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirib. Bildirilib ki, hazırda Peyk kəndində qazlaşdırma işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu kəndin sakinləri də təbii qazdan istifadə edəcəklər.

Mərasimdə çıxış edən kənd sakinləri yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.