REGİONLAR


Salyanın üzüm bağlarından indiyədək 2 min tondan çox üzüm yığılıb

Salyan,17 sentyabr, Mahir Babayev, AZƏRTAC

Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1122,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 932,9 hektarı barverəndir.

Rayon Statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xeyli vaxtdır üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. İndiyədək bağlardan 2516,6 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 357 ton çoxdur.

Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xələc kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan Ağadayı, Mahmudu, Əlişan, Ağ şanı, Qara şanı, Dərbəndi və yerli qara üzüm sortları yetişdirilir.

Məhsul çox olduğu üçün qiymət də ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramını 40-50 qəpiyə təklif edirlər.

Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm plantasiyalarından 25-30 ton məhsul yığılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.