İDMAN


Samanta Palmer: Azərbaycanda gimnastika sürətlə inkişaf edir

Bakı, 1 noyabr, AZƏRTAC 

Avstraliyanın batut gimnastikası üzrə komandası Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışı keçir.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, avstraliyalı idmançılardan ibarət komandanın rəhbəri Samanta Palmer Milli Gimnastika Arenasında gimnastların məşqi üçün bütün zəruri şəraitin yaradıldığını bildirib: “Bakını seçdik, çünki komandamız burada keçirilmiş dünya kubokunda artıq iştirak edib. Deyə bilərəm ki, burada həqiqətən də möhtəşəm şərait yaradılıb və məşq üçün gözəl zal var. Bilirik ki, Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Siz bir çox beynəlxalq idman tədbirlərini qəbul edir və yüksək səviyyədə təşkil edirsiniz. İdmançılarımızın hazırlığı üçün belə gözəl şərait yaradılmasına görə minnətdarlığımızı bildiririk”.

Avstraliyalı idmançılar bu ilin noyabrında Sankt-Peterburqda keçiriləcək batut gimnastikası üzrə dünya çempionatı ərəfəsində təlim-məşq toplanışı üçün məhz Azərbaycanın paytaxtını seçiblər.

Komandanın rəhbəri qeyd edib ki, avstraliyalı gimnastlar hələ ki, məşq edirlər. Bakının gəzməli-görməli yerləri ilə tanış olmayıblar. Lakin mütləq şəhəri gəzməyi planlaşdırırlar: “Hazırda biz heç yerə gedə bilmirik. Sabah isə şəhərin qədim hissəsinə (İçərişəhər - red.) getməyi nəzərdə tuturuq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.