DÜNYA


Samarada Böyük Vətən müharibəsi illərində Türkiyə səfirliyinin yerləşdiyi binada xatirə lövhəsi açılıb

Moskva, 9 noyabr, AZƏRTAC

Rusiyanın Samara şəhərində Böyük Vətən müharibəsi illərində Türkiyə səfirliyinin yerləşdiyi binada xatirə lövhəsi açılıb.

AZƏRTAC xəbər verir ki, Böyük Vətən müharibəsi illərində 20-dən çox ölkənin Rusiyadakı səfirlikləri, o cümlədən Türkiyənin diplomatik nümayəndəliyi Samara şəhərinə köçürülmüşdü. 1941-1943-cü illərdə Türkiyə diplomatlarının işlədiyi bina 1875-ci ildə inşa olunub. Hazırda burada uşaq bağçası yerləşir.

Xatirə lövhəsinin açılış mərasimində Türkiyənin Kazandakı baş konsulu Əhmed Sadıq Doğan və Samara şəhər dairəsinin başçısı Yelena Lapuşkina iştirak ediblər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.