MƏDƏNİYYƏT
Samarada Mstislav Rostropoviçə həsr edilən musiqi festivalı keçiriləcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Oktyabrın 15-16-da Rusiyanın Samara şəhərində “Mstislav Rostropoviçə həsr olunur” X musiqi festivalı keçiriləcək. Festival Mariya Teatrının bədii rəhbəri və direktoru Valeri Gergiyevin və Samara vilayəti hökumətinin təşəbbüsü ilə təşkil edilir.
AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, festival günlərində Samara Akademik Opera və Balet Teatrının səhnəsində V.Gergiyevin dirijorluğu ilə Mariya Teatrının simfonik orkestri çıxış edəcək.
Qeyd edək ki, görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin yaradıcılıq yolu Samara şəhəri ilə sıx bağlı olub. Ənənəyə çevrilmiş bu festivalda dünya şöhrətli musiqiçilər iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]