DÜNYA


Samaraya uçan “Sukhoi Supejet” təyyarəsi yolun yarısından geri qayıdıb

Moskva, 13 may, AZƏRTAC

Moskvadan Samaraya uçan “Sukhoi Supejet” təyyarəsi yolun yarısından geri qayıdıb.

AZƏRTAC xəbər verir ki, Moskvanın “Şeremetyevo” hava limanından Samaraya uçan “Aeroflot” şirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsi təxminən bir saatdan sonra Vladimir vilayəti üzərindən geri dönüb. Təyyarənin geri qayıtmasının səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, bu günlərdə qəza enişi zamanı yanan sərnişin təyyarəsi də Rusiyanın “Suxoyun mülki təyyarələri” şirkətinin istehsalı olan “Sukhoi Superjet 100” təyyarəsi idi.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.