ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı

Bakı, 4 iyun, AZƏRTAC

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova məruzənin mövzusu haqqında məlumat verib.

Şamaxı Astrofizika Rəsədxanasının "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin elmi işçisi Aynurə Həsənova “HD208501 (B8 Ib) ifratnəhəng ulduzun spektrində Hα xəttinin udulma və şüalanma komponentinin dəyişməsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi, isti ifratnəhəng ulduzlar və onların tipik nümayəndəsi olan HD 208501(B8 Ib) ifratnəhəng ulduzu haqqında ümumi məlumat verib. O, HD 208501(B8 Ib) ifratnəhəng ulduzunun 2013-2019-cu illərdə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda alınmış spektrləri əsasında Hα və Hβ və HeI xətləri profillərinin dəyişməsi və spektral parametrlərinin tədqiqinin nəticələrini şərh edib.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.