ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanası NASA ilə əməkdaşlıq edir

Bakı, 10 oktyabr, AZƏRTAC

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) Günəş sisteminin öyrənilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə mütəmadi əməkdaşlıq edir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, NASA-nın Günəş-Yer Fizikası departamentinin rəhbəri Nat Qopalsvami Azərbaycanın son illərdə kosmik ölkələr cərgəsinə uğurla daxil olduğunu və qurumun konfrans, seminarlarında fəal iştirak etdiyini vurğulayıb.

Azərbaycanın kosmik hava beynəlxalq təşəbbüsünə 2005-ci ildə qoşulduğunu xatırladan N.Qopalsvami ŞAR-ın NASA-nın məlumat əldə etdiyi 80 astronomiya kompleksindən biri olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.