Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Şamaxı Astrofizika Rəsədxanası dünya astronomiya elminə yeni-yeni töhfələr verməkdədir

Şamaxı, 6 oktyabr, Adil Ağayev, AZƏRTAC

Azərbaycanda astronomiyaya maraq ta qədimdən olub. Qobustan gəmiqaya rəsmləri, eləcə də arxeoloji abidələr və qazıntılar zamanı üzə çıxarılan nümunələr də bunu təsdiqləyir. Təsadüfi deyildir ki, Marağa rəsədxanası və onun banisi Nəsrəddin Tusinin elmi nailiyyətləri dünya astronomiyasının inkişafında dərin iz buraxıb.

Müasir dövrdə isə Şamaxı Astrofizika Rəsədxanası öz tədqiqatları ilə dünya astronomiya elminə yeni-yeni töhfələr verməkdədir.

AZƏRTAC-ın müxbiri Şamaxı Astrofizika Rəsədxanasının yaranma tarixi, dünya astronomiya elminə verdiyi töhfələr və hazırda burada aparılan elmi tədqiqatların istiqamətləri barədə maraqlanıb. Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova bildirib ki, Azərbaycanda astrofizika rəsədxanasının yaradılması məsələsi hələ 1927-ci ildə aktuallaşmışdı. Həmin il Leninqrad Astronomiya İnstitutunun ekspedisiyası Azərbaycana gəlib, bir sıra zonaların iqlimi və relyefi ilə tanış olub. Ekspedisiyanın məqsədi adıçəkilən institutun Azərbaycanda müşahidə məntəqəsinin yaradılması üçün müvafiq yer seçməsi idi. Bu ekspedisiya 1930-cu ilin iyul-avqust aylarında Xankəndi, Şuşa və Laçın rayonlarının astroiqlimi ilə tanış olmuşdu. Laçın rayonunun ərazisi qənaətbəxş hesab olunsa da, burada aydın gecələrin sayı kifayət qədər deyildi.

Müharibədən sonrakı dövrdə rəsədxana tikintisi üçün yer seçilməsi yenidən gündəmə gəldi, respublikanın ayrı-ayrı zonalarına ekspedisiyalar təşkil olundu. 1963-cü ildə gələcək rəsədxananın yeri tam dəqiqləşdirildi. Mütəxəssislərin yekdil qərarı ilə rəsədxana yaradılması üçün ən optimal məkan Şamaxı rayonunun Pirqulu dağı hesab olundu. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 190-200-ə çatır. Beləliklə, Azərbaycanın tanınan alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə Böyük Qafqaz dağının şimali-şərqində Bakıdan təqribən 150 kilometr məsafədə rəsədxana yaradılır.

Burada ilk teleskop 1957-ci ildə qurulmuş Xromosfer-Fotosfer Günəş teleskopu olub. Teleskopdan 35 ildən çox Günəşin patrul müşahidələri üçün istifadə edilib. 1981-ci ildən dahi azərbaycanlı astronom Nəsrəddin Tusinin adını daşıyan rəsədxanada sonrakı illərdə bir neçə əlavə teleskop da quraşdırılıb. 1998-ci ildə ŞAR-ın 2 metrlik teleskopunda ilk CCD kamera və eşelle-spektrometr qurulub və yeni sistemin köməyi ilə kompyuterləşdirilmiş müşahidələr aparılmasına başlanılıb. 1999-2000-ci illərdə keyfiyyətcə yeni işıqqəbuledici cihazlar quraşdırılıb, Üfüqi Günəş teleskopundakı spektroqrafın, 70 santimetrlik teleskopdakı fotometr və polyarimetrin, həmin teleskopda vaxtilə qurulan spektrofotometrin fəaliyyəti avtomatlaşdırılıb və kompyuterləşdirilib. Bununla da müşahidəçilərin fotolövhələrdən asılılığına qismən də olsa, son qoyulub.

Azərbaycanda astronomiyanın inkişafı beynəlxalq elmi strukturların diqqətindən də yayınmayıb, bunun nəticəsində 1970–2007-ci illərdə yeni tapılan asteroidlərə “ŞAR”, “Azərbaycan”, “Nizami”, “Сavid”, “Müslüm Maqomayev”, ”Tusi” adları verilib. Namiq Cəlilov qeyd edib ki, hazırda kiçik göy cisimlərinə və eləcə də planetlərin kraterlərinə verilən adların 12-si Azərbaycanla bağlıdır. Qısa ömür sürən azərbaycanlı müşahidəçi-astrofizik Nadir İbrahimov rəsədxanada apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nailiyyətlər əldə edib. Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini alıb və planetin xəritəsini tərtib edib. O, Venera planetində ildırımların, Yupiterin İo peykində vulkanik proseslərin baş verməsini söyləyib. 1982-ci ilin oktyabrında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patra şəhərində keçirilən Baş Assambleyası Nadir İbrahimovun Mars planetinə dair araşdırmalarını yüksək qiymətləndirib, bu planetin səthindəki kraterlərdən birinə onun adını verib. İndi Marsda Kopernik, Kepler, Keldış, Jül Vern kraterləri ilə yanaşı, İbrahimov krateri də mövcuddur. Ayı və kosmik fəzanın öyrənilməsi məqsədilə 1973-cü ilin yanvar ayında buraxılan və sonradan yerlə əlaqəsi kəsilən “Luna-21” sovet avtomatik planetlərarası stansiyasının 2 metrlik teleskopda aparılan axtarışı nəticəsində stansiya ilə əlaqə bərpa olunub. Yerin yeganə təbii peyki olan Ayda kraterlərdən birinə görkəmli alim Nəsrəddin Tusinin adı verilib.

Sovetlər dönəmində Heydər Əliyevin rəsədxanaya olan diqqət və qayğısı indi onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ümumilikdə Azərbaycanda elmin inkişafına böyük qayğı göstərən Prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda sərəncam və tapşırıqlar verib. Bu sərəncamlara əsasən Şamaxı Astrofizika Rəsədxanasının yaşayış bölməsi tamamilə yenilənib, əsas bina, teleskoplar yerləşən binalar təmir olunub, 2 metrlik teleskopun idarəetmə sistemi tam modernləşdirilib və avtomatlaşdırılıb, müasir işıqqəbuledicilər alınıb, böyük həcmdə abadlıq işləri aparılıb.

Direktor bildirib ki, rəsədxanada astronomik güzgülərin səthinin alüminiumlaşdırılması üçün B-240 vakuum qurğusu bərpa olunub, 2013-cü ildə ilk dəfə olaraq güzgülərin alüminiumlaşdırılması prosesi yerli mütəxəssislər tərəfindən aparılıb. Uzun illər ərzində 2 metrlik teleskopun spektroqrafı kiçik aperturaya və aşağı ayırdetməyə malik idi. Bu isə alınan ulduz spektrlərinin keyfiyyətinə təsir edir və həll olunan məsələlərdə beynəlxalq səviyyəyə çıxmağa imkan vermirdi. 2015-ci ildə həmin teleskopun Kasseqren fokusu üçün optik lifli eşelle spektroqrafın quraşdırılması başa çatdırılıb və indi həmin cihaz vasitəsilə dünya standartlarına uyğun müşahidə materiallarının alınıb işlənməsi davam etdirilir.

Hazırda Şamaxı Astrofizika Rəsədxanasında elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem üzrə aparılır. Birincisi, ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi, ikincisi isə Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası. Bunlardan başqa, nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından (Günəş fəallığı, maqnit fırtınaları və sair) asılılığı, astronomiyanın tarixi və sair üzrə tədqiqatlar da aparılır. Aparılan tədqiqat işləri isə beynəlxalq tədbirlərdə təqdir olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb