ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında Anım Günü ilə bağlı tədbir
Bakı, 27 sentyabr, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Anım Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən baş direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.
N.Cəlilov Vətən müharibəsindən, qazandığımız böyük Zəfərdən danışıb. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunduğunu söyləyib.
Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru rəhbərlik etdiyi kollektiv tərəfindən Vətən müharibəsi dövründə Silahlı Qüvvələr Fonduna ianə edildiyini, müəssisə əməkdaşlarının və onların övladlarının Vətən müharibəsində iştirak etdiklərini deyib.
Digər çıxış edən alim və mütəxəssislər də Anım Gününün geniş şəkildə qeyd olunmasının əhəmiyyətindən söz açıblar.
Tədbirdən sonra rəsədxana əməkdaşları Şamaxı rayonunda şəhid və qazi ailələrini ziyarət ediblər.