ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasında “Nova SCT 2017”  ulduzuna dair müşahidələr aparılıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Avqustun 7-dən etibarən beynəlxalq layihə çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ikimetrlik teleskopunda Optik Lifli Eşelle Spektroqraf vasitəsilə “Nova SCT 2017” ulduzunun yüksək ayırdetməli spektral müşahidələri aparılıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu ulduz iyunun 19-da aşkarlanıb.

Ötən üç ay ərzində rəsədxanada direktorun elmi işlər üzrə müavini, dosent Xıdır Mikayılovun rəhbərliyi ilə ulduzun davamlı müşahidəsi aparılıb. Müşahidə materialları emal edilib və layihə iştirakçılarına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.