ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək

Bakı, 27 iyul, AZƏRTAC

Oktyabrın 4-5-də Azərbaycanın Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında akademik Hacıbəy Sultanovun 100 illiyinə həsr olunan “Günəş sistemi cisimlərinin fizikası və dinamikası” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Konfransın Təşkilat Komitəsi astronomları tədbirdə iştirak etməyə dəvət edir. Çıxışların adını və xülasələri Təşkilat Komitəsinin ([email protected]) elektron poçt ünvanına göndərmək olar.

Konfrans Azərbaycan, rus və ingilis dillərində keçiriləcək. Materiallar sentyabrın 1-dək göndərilə bilər.

Məruzələrin məqalə forması http://aaj.shao.az/  saytında “Sample” başlığı altında göstərilən nümunəyə uyğun şəkildə təqdim edilməlidir.

Təşkilat Komitəsinin ünvanı: AZ-5626, Y.Məmmədəliyev qəsəbəsi, Şamaxı, Azərbaycan, E-mail: lara_golub[email protected] 

Telefon: (+994 20) 266 10 02, mob: (+994 50) 623 06 31 (vatsap)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.