ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, astroseminarda bu elm müəssisəsinin ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin kiçik elmi işçisi Aynurə Məsimovanın “Vikipediya”nın Azərbaycan bölməsinin astronomiya baxımından zənginləşdirilməsinin qarşısında duran məsələlər” mövzusunda məruzəsi dinlənilib.
Seminarda “Vikipediya”nın prinsipləri və ŞAR-ın vikiqrupunun fəaliyyəti haqqında ümumi məlumat verilib. Astronomiya ilə bağlı məqalələrin “Vikipediya”da yerləşdirilməsinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.