ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Bakı, 23 oktyabr, AZƏRTAC

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov mövzunun əhəmiyyətini vurğulayıb.

ŞAR-ın Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri dosent Məhəmməd Nurməmmədov “Maye yaxınlaşmasında anizotrop kosmik plazma nəzəriyyəsinin bəzi problemlərinin həllində qeyri-klassik riyazi metodun tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Seminara təqdim olunan bu iş ABŞ-da “Journal of Applied Mathematics and Physics” jurnalında dərc olunub.

“Yupiterdə Böyük Qırmızı Ləkənin dinamik dayanıqlığında tsiklon, anti siklon, sirkulyasiya və fırlanma təsir faktorlarının tədqiqi” mövzusunda növbəti məruzə Ədalət Ətayi və Məhəmməd Nurməmmədov tərəfindən təqdim edilib. Bu araşdırma

elmi məqalə şəklində ABŞ-da, imparkt faktorlu “Journal of Natural Sciences” nəşrində çap edilib.

Sonra müzakirə aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.