ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Bakı, 13 may, AZƏRTAC

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti onlayn astroseminar keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, seminarda baş direktor AMEA-nın müxbir üzvü Namiq Cəlilov məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi AMEA-nın müxbir üzvü Əyyub Quliyev və fəlsəfə doktoru Rüstəm Quliyev “Qısa perihelli kometa qruplarının mənşəyi” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzəçi kometaların yaranması ilə bağlı alimlərin irəli sürdüyü nəzəriyyələri diqqətə çatdırıb. Daha sonra isə qısa perihelli kometa qruplarının təsnifatı haqqında danışıb.

Seminarda mövzu ətrafında geniş diskussiya aparılıb və suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.